03 Sentyabr 2025, 17:39
FUTBOL
"Çelsi" futbolçusu Kiano Dayerin müqaviləsini uzatdıqdan sonra onu icarəyə verib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
London təmsilçisi ingiltərəli yarımmüdafiəçini "Volendam"a göndərib. 18 yaşlı oyunçu 2025/2026 mövsümünü Niderland klubunun heyətində keçirəcək.
Kiano Dayer "Çelsi"nin akademiyasının yetirməsidir.
Qeyd edək ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökcü də "Volendam"da çıxış edir.