03 Sentyabr 2025, 16:57
FUTBOL
"Atletiko"nun heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, Madrid təmsilçisinin futbolçusu Aleks Baena sıradan çıxıb.
İspaniyalı vinger appendisit əməliyyatı olub. 24 yaşlı vinger təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Atletiko" Aleks Baenanı mövsümün əvvəlində "Vilyarreal"dan transfer edib. İspaniya millisinin üzvü paytaxt klubunun heyətində 1 oyunda iştirak edib.