01 Sentyabr 2025, 16:31
FUTBOL
"Aston Villa" İngiltərə Premyer Liqasının digər təmsilçisi "Mançester Yunayted"dən Viktor Lindelöfü transfer edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 31 yaşlı müdafiəçi 2017-ci ilin iyulunda "Benfika"dan "Yunayted"ə keçib. O vaxtdan bəri 284 oyuna çıxıb, 4 qol vurub və 7 məhsuldar ötürmə edib.