01 Sentyabr 2025, 14:06
FUTBOL
Leverkuzen "Bayeri"nin baş məşqçisi Erik ten Haq tutduğu vəzifədən uzaqlaşdırılıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano paylaşıb.
Bildirilir ki, Almaniya klubunun rəhbərliyi bu gün səhər saatlarında çalışdırıcı ilə yollarını ayırmaq qərarına gəlib.
Qeyd edək ki, onun rəhbərliyi altında komanda cari mövsüm 3 rəsmi oyun keçirib. Bu oyunda bir qələbə, bir heç-heçə və bir məğlubiyyət qeydə alınıb. Niderlandlı mütəxəssisin təyinatı bu il mayın ayının sonunda açıqlanmışdı.