"Sevilya" çilili hücumçu Aleksis Sançesin transferi ilə bağlı razılığa gəlib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Nikolo Şira paylaşıb.

Bildirilir ki, 36 yaşlı forvard "Udineze" ilə müqaviləsini ləğv etdikdən sonra azad agent kimi İspaniya klubuna keçəcək. Futbolçunun daha bir mövsüm uzatmaq imkanı ilə bir illik müqavilə imzalaması gözlənilir.

Qeyd edək ki, Sançes ötən ilin avqustundan İtaliya klubunda çıxış edib və 2024/25 mövsümündə A Seriyası və İtaliya Kubokunun 14 matçında qol vurmadan iştirak edib. Hücumçu cari mövsümdə hələ meydana çıxmayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest