Emmanuel Hakman növbəti 2 oyununda yığma komandanın sərəncamında olacaq.

"Turan Tovuz"un futbolçusu Emmanuel Hakman Toqo millisinə dəvət alıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.

Hakman növbəti 2 oyununda yığma komandanın sərəncamında olacaq.

Qeyd edək ki, Toqo millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də Mavritaniya, sentyabrın 9-də isə Sudanla qarşılaşacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest