28 Avqust 2025, 18:22
FUTBOL
İngiltərənin "Vulverhempton" klubu İspaniya "Jirona"sının müdafiəçisi Ladislav Kreyçini heyətinə qatıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı İngiltərə klubunun mətbuat xidməti paylaşıb.
Kreyçi "Vulverhempton"a icarə əsasında keçib.
Qeyd edək ki, ötən mövsüm çexiyalı mərkəz müdafiəçisi kataloniyalıların heyətində 28 oyunda meydana çıxıb və iki qol vurub.