28 Avqust 2025, 17:23
FUTBOL
"Qalatasaray" Vilfred Sinqodan sonra "Monako"nun daha bir futbolçusuna "elçi düşüb".
Matc.az xəbər verir ki, İstanbul təmsilçisi Lamin Kamaranı transfer etmək istəyir. Bu barədə Fransa mətbuatı məlumat yayıb.
"Sarı-qırmızılar" seneqallı yarımmüdafiəçi üçün Fransa klubu ilə danışıqlar aparır. 21 yaşlı oyunçunun "Qalatasaray"a keçməyə yaxın olduğu bildirilir.
Qeyd edək ki, Lamin Kamara ötən mövsüm "Monako"nun heeyətində keçirdiyi 40 oyunda 2 qol vurub, 7 qol ötürməsi edib.