"Çelsi"nin əsas komandasından uzaqlaşdırılan Aksel Disasi karyerasını Türkiyədə davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Beşiktaş" fransalı futbolçunu transfer etmək istəyir. "Qara qartallar"ın Disasi üçün yaxın günlərdə rəsmi addımlar atacağı bildirilir.

27 yaşlı mərkəz müdafiəçisi ilə "Bornmut" da maraqlanır.

Qeyd edək ki, Aksel Disasi ötən mövsümün ikinci yarısında icarə əsasında "Aston Villa"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest