28 Avqust 2025, 15:54
FUTBOL
"Lester Siti"dən ayrılan Ceymi Vardi İtaliyaya yollanmağa hazırlaşır.
Matc.az xəbər verir ki, bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.
"Kremoneze" azad agent statusunda olan hücumçunu heyətinə qatmaq istəyir. A Seriyasına yüksələn klubun 38 yaşlı forvardla anlaşmağa yaxın olduğu bildirilir.
Qeyd edək ki, Ceymi Vardi ötən mövsüm "Lester Siti"nin heyətində meydana çıxdığı 36 oyunda 10 qol vurub, 4 qol ötürməsi edib.