28 Avqust 2025, 14:55
FUTBOL
"Araz-Naxçıvan"dan ayrılan Benni Kardozonun yeni klubu müəyyənləşib.
Matc.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi karyerasını Anqolada davam etdirəcək.
Benni "Petro de Luanda" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Benni Kardozo 2024/2025 mövsümündə "Araz-Naxçıvan"da çıxış edib.