28 Avqust 2025, 13:56
FUTBOL
PSJ-nin hücumçusu Randal Kolo Muani İtaliyaya qayıdacaq.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Yuventus" fransalı futbolçunun keçidini həll edib. "Ağ-qaralar" Kolo Muanini 5 milyon avro qarşılığında icarəyə götürəcək. A Seriyasıtəmsilçisi daha sonra 55 milyon avro ödəyərək fransalı forvardın transfer hüquqlarına yiyələnəcək.
Qeyd edək ki, Randal Kolo Muani ötən mövsümün ikinci yarısında icarə əsasında "Yuventus"un formasını geyinib.