"Sauthempton"un futbolçusu Mateus Fernandes İngiltərədə klubunu dəyişəcək.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

"Vest Hem" portuqaliyalı yarımmüdafiəçinin transferini həll edib. London klubu 21 yaşlı oyunçu üçün Çempionşip təmsilçisinə 42 milyon funt-sterlinq təzminat ödəyəcək.

Qeyd edək ki, Mateus Fernandes bu mövsüm "Sauthempton"un heyətində keçirdiyi 4 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest