27 Avqust 2025, 23:41
FUTBOL
Azərbaycan Prezidenti İlham Əliyev "Qarabağ"ı Çempionlar Liqasınının əsas mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib.
Matc.az xəbər verir ki, bu barədə dövlət başçısı rəsmi "X" hesabında paylaşım edib:
"Azərbaycanın "Qarabağ" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanaraq futbol tariximizdə yeni bir səhifə yazdı! "Qarabağ" klubunun bütün komanda heyətini və azarkeşləri təbrik edirəm!"
Qeyd edək ki, Ağdam klubu iki younun nəticəsinə əsasən Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb.