"Sadəcə iki oyunun nəticəsinə əsasən qələbə qazanmaq istəyirdik".

"Mən oyundan öncə "mərhələni keçəcəyik" dediyimi xatırlamıram.

Matc.az xəbər verir ki, bunu Macarıstan təmsilçisi "Ferentsvaroş"un baş məşqçisi Robbi Kin UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı keçirdikləri cavab oyundan sonra mətbuat konfransında deyib.

O, mübarizəni dayandırdıqları üçün üzgün olduqlarını ifadə edib:

"Mən oyundan öncə "mərhələni keçəcəyik" dediyimi xatırlamıram. Sadəcə iki oyunun nəticəsinə əsasən qələbə qazanmaq istəyirdik. Təəssüf ki, alınmadı. Ümumilikdə 1 top fərqlə uduzduq. Baxmayaraq ki, məğlub olmağı sevmirəm".

"Qarabağ"ın heyətində Kadi Borges yaxşı futbolçudur. Mən onunla təxminən 2 həftə vaxt keçirdim. O, bizim heyətimizdə yer alarkən onun futbolçu keyfiyyətlərini tam görə bilməmişdik. Bununla belə, hazırda "Ferentsvaroş"un heyətində güclü futbolçular yer alıb".

Qeyd edək ki, "Qarabağ" - " Ferentsvaroş " oyunu qonaqların 3:2 hesablı qələbəsi ilə bitib. Səfərdəki ilk matçda Ağdam təmsilçisi 3:1 hesablı qələbəyə sevinmişdi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest