27 Avqust 2025, 22:54
ÇEMPİONLAR LİQASI
ÇL-nin Liqa mərhələsinin püşkü avqustun 28-də, Monako şəhərində atılacaq.
Macarıstan təmsilçisi "Ferensvaroş"u mübarizədən kənarlaşdıraraq UEFA Çempionlar Liqasında Liqa mərhələsinə vəsiqə qazanan "Qarabağ"ın rəqiblərinin müəyyənləşəcəyi tarix müəyyənləşib.
Matc.az xəbər verir ki, mötəbər yarışın Liqa mərhələsinin püşkü avqustun 28-də, Monako şəhərində atılacaq.
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Tədbirdə "Qarabağ" klub rəhbərliyi səviyyəsində təmsil olunacaq.
Liqa mərhələsində "Qarabağ"ın 8 rəqibi olacaq. Ağdam təmsilçisi oyundanlardan 4-nü evdə, 4-nü isə səfərdə keçirəcək.
Qeyd edək ki, ÇL-in əsas mərhələsində 36 komanda iştirak edəcək.