"Barselona" hücum xəttinə yeni oyunçu cəlb etməyi planlaşdırır.

Matc.az xəbər verir ki, İspaniya çempionu "River Pleyt"də çıxış edən Yan Subiabreni transfer etmək istəyir. Bu barədə "TNT Sports Argentina" məlumat yayıb.

"Barselona" 18 yaşlı argentinalı vinger üçün onun klubuna 25 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.

Qeyd edək ki, Yan Subiabre bu mövsüm "River Pleyt"in heyətində keçirdiyi 14 oyunda 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest