27 Avqust 2025, 13:34
FUTBOL
"Liverpul"un sabiq futbolçusu Danni İnqsin yeni klubu müəyyənləşib.
Matc.az xəbər verir ki, ingiltərəli hücumçu karyerasını Çempionşipdə davam etdirəcək.
İnqs "Şeffild Yunayted"lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı forvard aşağı liqa təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Danni İnqs 2011-2019-cu illərdə "Liverpul"da çıxış edib.