"Mançester Yunayted"in futbolçusu Kobbi Meynu karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki,  bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

"Real" və "Atletiko" ingiltərəli yarımmüdafiəçi ilə maraqlanır. Madrid nəhəngləri 20 yaşlı oyunçu üçün "qırmızı şeytanlar"a təklif göndərəcək.

Qeyd edək ki, Kobbi Meynu "Mançester Yunayted"in yetirməsidir. Gənc futbolçu ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində keçirdiyi 37 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest