27 Avqust 2025, 10:14
FUTBOL
"Qalatasaray" Manuel Akancinin transferi üçün "Mançester Siti" ilə anlaşıb.
Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.
İngiltərə klubu "sarı-qırmızılar"ın 17 milyon avroluq təklifini qəbul edib. İsveçrəli mərkəz müdafiəçisi də "Qalatasaray"ın illik 5,5 milyon avroluq maaş təklifi ilə razılaşıb.
Qeyd edək ki, Manuel Akanci ötən mövsüm "Mançester Siti"nin heyətində keçirdiyi 40 oyunda 2 qol ötürməsi edib.