"Sevilya"nın vingeri Dodi Lukebakio "Milan"a keçə bilər.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Saşa Tavoleri məlumat verib.

Bildirilir ki, "rossonerilər" 27 yaşlı belçikalıya mövsüm ərzində əsas oyunçuları səmərəli şəkildə əvəz edə biləcək rotasiya futbolçusu kimi baxır.

Lukebakio bu yaxınlarda "Milan"ın idman direktoru İqli Tare ilə yaxın əlaqələri olan agent Fali Ramadani ilə müqavilə imzalayıb.

O da qeyd olunur ki, "Milan" artıq bu ilin yanvarında futbolçu ilə danışıqlar aparıb.

Qeyd edək ki, ötən mövsüm Dodi Lukebakio "Sevilya"nın heyətində 39 oyun keçirib, 11 qol vurub və 2 məhsuldar ötürmə edib.

Onun Belçika millisində də 26 matçı və 2 qolu var. "Transfermarkt" Lukebakionu 20 milyon avro qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest