"Qarabağ"ın hansı sürətlə oynayacağını bilirdik. Çünki onlar bu səviyyədə oynamağa öyrəşib".

"Şelburn" UEFA Çempionlar Liqası 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda "Qarabağ"a 0:3 hesabı ilə uduzub.

Matc.az xəbər verir ki, İrlandiya təmsilçisinin baş məşqçisi Coy O'Brayen qarşılaşmadan sonra keçirilən mətbuat konfransında iştirak edib. O, "Qarabağ"ın yüksək səviyyədə oynadığını bildirib:

"Hadisələrin yekununa görə məyus oldum. Hansısa məqamda hər şey nəzarətimizdən çıxdı. Düşünürəm ki, ikinci hissədə daha yaxşı idik, amma hesabı bərabərləşdirə bilmədik. "Qarabağ"ın hansı sürətlə oynayacağını bilirdik. Çünki onlar bu səviyyədə oynamağa öyrəşib. Onların sürəti, ötürmələri - hər şey ən yüksək səviyyədədir. Mənə elə gəldi ki, səhv etməkdən qorxurduq. Fasilədə sxemi dəyişdik, öndə daha fəal oynamağa başladıq, bir neçə şans yaratdıq. Düşünürdüm ki, geridönüş etmək üçün yaxşı vəziyyətdəyik, lakin buna nail olmadıq. Bunun əvəzinə arxada boşluq buraxdıq. Bu səviyyədə belə səhvlər edə bilməzsiniz".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest