24 İyul 2025, 10:10
ÇEMPİONLAR LİQASI
"Qarabağ" və "Zirə" UEFA reytinqində Azərbaycanın aktivinə növbəti xalları yazdırıb.
Matc.az xəbər verir ki, Azərbaycan çempionu UEFA Çempionlar Liqası 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Şelburn"a 3:0 hesabı ilə qalib gəlib. Bu qələbə ölkəmizə 0,250 xal qazandırıb.
"Zirə" isə Konfrans Liqasında Bakıda Xorvatiya təmsilçisi "Hayduk"la 1:1 hesablı heç-heçə olub. Bərabərlik 0,125 reytinq xalı deməkdir.
Azərbaycan hazırda 17,625 xalla UEFA reytinq siyahısında 29-cu yerdədir.