Rumıniyanın FKSB klubu Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Şkendiya" səddini keçə bilsə, növbəti raundda "Qarabağ" - "Şelburn" cütünün qalibi ilə üz-üzə gələcək.
Matc.az xəbər verir ki, "Neftçi"nin sabiq baş məşqçisi Adriaan Mutu ölkəsinin mətbuatına verdiyi açıqlamada Azərbaycan çempionunu dəyərləndirib. Rumıniyalı mütəxəssis "iamsport.ro" saytına açıqlamasında "Qarabağ" və Qurban Qurbanov haqda danışıb:
"Onların baş məşqçisi 2008-ci ildən Qurban Qurbanovdur və o, klubun rəmzi simasıdır. Səhv etmirəmsə, o, Azərbaycan futbolunun müasir dövrünün ən uğurlu məşqçisidir. "Qarabağ"ın oyun fəlsəfəsi topa sahib olmaq, oyunu qısa ötürmələrlə qurmaq, oyunçular arasında hərəkətli mövqe dəyişmək üzərində qurulub. Nəticədə onlar son 10-12 ildə Azərbaycan futbolunda dominantlıq ediblər və həqiqətən də güclü komandadırlar".