21 İyul 2025, 17:22
ÇEMPİONLAR LİQASI
Qarşılaşmanın baş hakimi Andrea Kolombo olacaq. Ona yan xətt hakimləri Stefano Alassio və Dario Cekkoni köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Kevin Bonakina yerinə yetirəcək.
UEFA Çempionlar Liqası 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Şelburn" matçının hakimləri açıqlanıb.
Matc.az xəbər verir ki, görüşü italiyalı ədalət təmsilçiləri idarə edəcək.
Qarşılaşmanın baş hakimi Andrea Kolombo olacaq. Ona yan xətt hakimləri Stefano Alassio və Dario Cekkoni köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Kevin Bonakina yerinə yetirəcək.
VAR Daniele Doveri, AVAR isə Daniele Paterna olacaq.
Qeyd edək ki, "Qarabağ" - "Şelburn" qarşılaşması 30 iyul tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.