UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Matc.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibləri məlum olub.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv "Şelburn" səddini keçsə, 3-cü raundda "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün qalibi  ilə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin oyunları avqustun 5-6-da və 12-də baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest