09 İyul 2025, 14:09
FUTBOL
"Benfika"nın ispaniyalı futbolçusu Alvaro Karreras ölkəsinə qayıtmağa hazırlaşır.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Real" 22 yaşlı sol cinah müdafiəçisinin transferini yekunlaşdırmaq üzrədir. La Liqa nəhəngi həm oyunçunun özü ilə, həm də "Benfika" ilə razılıq əldə edib.
İspaniya U-21 millisinin üzvü klublararası dünya çempionatı bitdikdən sonra "Real"a qoşulacaq.
Qeyd edək ki, Alvaro Karreras ötən mövsüm "Benfika"nın heyətində keçirdiyi 52 oyunda 4 qol vurub, 5 qol ötürməsi edib.