İtaliya millisinin sabiq kapitanı Çiro İmmobile Türkiyənin "Beşiktaş" klubu ilə müqaviləsinə xitam verib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. "Beşiktaş" 35 yaşlı futbolçuya 2,5 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, İmmobile İstanbul klubuna ötən yay keçib və onun transferi üçün türk klubu "Latsio"ya 2 milyon avro ödəyib. "Qara qartallar"ın heyətində forvard bütün turnirlərdə 41 matçda 19 qol vurub, 4 məhsuldar ötürmə edib.

Daha əvvəl hücumçunun A Seriyasına qayıtmaq istədiyi bildirilirdi. Bu yaxınlarda futbolçunun artıq "Bolonya"ya keçidi ilə bağlı razılığa gəldiyi haqda məlumatlar yayılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest