04 İyul 2025, 15:22
FUTBOL
"Fənərbaxça" Cayden Ostervoldenin müqaviləsinin müddətini uzadacaq.
Matc.az xəbər verir ki, bu barədə "TRT Spor" televiziyası məlumat yayıb.
İstanbul nəhəngi niderlandlı sol cinah müdafiəçisinin 2027-ci ilin yayına kimi nəzərdə tutulan sözləşməsini daha 1 il artıracaq. 24 yaşlı futbolçunun maaşında da artım olacaq.
Qeyd edək ki, Cayden Ostervolde ötən mövsüm zədəli olduğu üçün 14 oyunda komandaya kömək edə bilib.