İngiltərənin "Mançester Siti" klubu "Nottingem Forest"in yarımmüdafiəçisi Elliot Andersonun transferi üzərində işləməyə davam edir. Mançester təmsilçisi bu keçidi bitirməkdə israrlıdır.
Matc.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Nikolo Şira məlumat yayıb.
"Şəhərlilər" müqaviləni yaxın vaxtlarda rəsmiləşdirmək ümidi ilə 135-140 milyon avro dəyərində yeni bir təklif hazırlayır. Mançester klubu daha əvvəl 23 yaşlı yarımmüdafiəçi üçün bonuslar da daxil olmaqla 106 milyon funt-sterlinq təklif etmişdi.
"Mançester Siti"nin Andersonla 2031-ci ilin yayına qədər qüvvədə olacaq şəxsi müqavilə şərtlərini artıq razılaşdırdığı bildirilir. Futbolçunun özü də bu transferdə maraqlıdır və ən qısa zamanda yeni komandasına qoşulmağa ümid edir.
Qeyd edək ki, arxada qalan mövsümdə Anderson bütün turnirlərdə ümumilikdə 50 oyunda iştirak edib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.













