İtaliyanın C Seriyasında mübarizə aparan "Ravenna" futbol klubu rəsmi saytı vasitəsilə Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo ilə müqavilə imzalandığını elan edib.

Matc.az xəbər verir ki, komandanın yeni oyunçusunun təqdimat mərasimi Mayamidə baş tutub.

Daha əvvəl Ronaldinyonun klubun yoldaşlıq oyununda iştirak edəcəyi, həmçinin reklam və xeyriyyə kampaniyalarında brendə köməklik göstərəcəyi bildirilirdi.

Oyunçu karyerası ərzində Ronaldinyo "Gremio", PSJ, "Barselona", "Milan", "Flamenqo", "Atletiko Mineyro", "Keretaro" və "Fluminense" klublarında çıxış edib. Daha sonra o, Hindistan komandalarında futzal da oynayıb.

Bununla yanaşı, futbolçu 1999-2013-cü illərdə Braziliya yığmasının şərəfini qoruyub. Futbolçunun aktivində çoxlu sayda mükafatlar, o cümlədən "Qızıl top" var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest