I Liqada mübarizə aparmağa hazırlaşan "Xankəndi" komandası üç oyunçusu ilə yollarını ayırıb.

Mat.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmi məlumat yayıb.

Klub rəhbərliyi Pərviz Qaraxanov, Elməddin Hüseynzadə və Elşad Manafovla qarşılıqlı razılıq əsasında vidalaşmaq qərarına gəlib.

Qeyd edək ki, ötən mövsüm II Liqanın qızıl medallarını qazanan "Xankəndi" cari mövsümdə I Liqada çıxış etmək hüququ əldə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest