Futbol üzrə Gürcüstan çempionatında 19-cu turun qarşılaşmalarına start verilib.

Mat.az xəbər verir ki, UEFA Konfrans Liqasının I təsnifat mərhələsində təmsilçimiz "Zirə" ilə qarşılaşacaq Kutaisinin "Torpedo" klubu doğma divarlar arasında "Spaeri" komandasını sınağa çəkib.

Gərgin keçən görüşdə qalib müəyyənləşməyib və tərəflər meydandan qolsuz bərabərliklə ayrılıblar.

Bu nəticədən sonra aktivindəki xalların sayını 27-yə çatdıran Kutaisi təmsilçisi turnir cədvəlinin 4-cü pilləsində yer alıb.

Xatırladaq ki, "Zirə" ilə "Torpedo" arasındakı ilk oyun iyulun 8-də Sumqayıtda baş tutacaq. Cavab matçı isə iyulun 16-da Gürcüstanda keçiriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest