"Zirə" klubu növbəti transferini reallaşdırıb və heyətini yeni futbolçu ilə gücləndirib.

Mat.az xəbər verir ki, bu barədə qəsəbə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Paytaxt klubu "Turan Tovuz"dan ayrılan Ayxan Hüseynovu heyətinə qatıb. Tərəflər arasında 2 illik rəsmi müqavilə imzalanıb.

Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi karyerası ərzində ölkəmizdə "Turan Tovuz", Rusiyada isə "Leninqradets", "Nijni Novqorod", "Ural", "Olimp-Dolqoprudnı" və "Ximki" kimi klubların formasını geyinib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest