Fransa millisinin hücumçusu Kilian Mbappe argentinalı ulduz Lionel Messinin dünya çempionatlarında imza atdığı tarixi qol rekorduna münasibət bildirib.
Matc.az xəbər verir ki, bu barədə "TyC Sports" nəşri "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Mbappe Messinin hər zaman qol vurduğunu və vurmağa davam edəcəyini qeyd edib. O, Messinin etdiklərini izləmək əvəzinə, yalnız öz komandasına kömək etmək barədə düşündüyünü vurğulayıb.
Xatırladaq ki, dünya çempionatının ikinci turunda Avstriyaya qarşı keçirilən matçda (2:0) dubl edən Messi turnirin final mərhələlərindəki qol sayını 18-ə çatdırıb. Bununla da o, Almaniya yığmasının sabiq hücumçusu Miroslav Klozenin 16 qolluq rekordunu geridə qoyub.
Kilian Mbappenin aktivində isə hazırda 16 qol var.













