Kilian Mbappe Fransa futbol tarixində yeni bir rekorda imza atıb. Hücumçu dünya çempionatının qrup mərhələsində İraqa qarşı keçirilən matçda (3:0) dubl edərək adını tarixə yazdırıb.

Matc.az xəbər verir ki, Mbappe 2022-ci il dünya çempionatının finalından başlayaraq ardıcıl üç dünya çempionatı matçında birdən çox qol vuran ilk fransız futbolçu olub.

27 yaşlı Mbappe Fransa millisi tarixinin ən məhsuldar oyunçusudur. Ulduz futbolçu cari dünya çempionatında meydana çıxdığı iki matçda artıq 4 qol vurmağı bacarıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest