"Qızıl top"a əsas iddiaçıların yeni reytinqini dərc edilib.
Tanınmış "TNT Sports" portalı 2025-ci ildə "Qızıl top"a əsas iddiaçıların yeni reytinqini dərc edib.
Matc.az xəbər verir ki, uzun müddətdən sonra ilk dəfə olaraq lider dəyişib.
Bu, PSJ və Portuqaliya millisinin yarımmüdafiəçisi Vitinyadır. Onun komanda yoldaşı Usmane Dembele ikinci, "Barselona"nın ulduzu Lamin Yamal isə üçüncü pillədə qərarlaşıb.
"Qızıl top"a əsas iddiaçıların tam reytinqi:
1. Vitinya (PSJ).
2. Usmane Dembele (PSJ).
3. Lamin Yamal ("Barselona").
4. Rafinya Dias ("Barselona").
5. Nuno Mendeş (PSJ).
6. Əşrəf Hakimi (PSJ).
7. Məhəmməd Salah ("Liverpul").
8. Canluici Donnarumma (PSJ).
9. Kilian Mbappe ("Real").
10. Xviça Kvaratsxeliya (PSJ).
Xatırladaq ki, "Qızıl top"u son olaraq "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri qazanıb.