18 İyun 2025, 14:16
ÇEMPİONLAR LİQASI
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.
Matc.az xəbər verir ki, bu gün baş tutan tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibinin adına aydınlıq gəlib.
Ağdam təmsilçisi bu raundda “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, II təsnifat mərhələsinin oyunları 22/23 və 29/30 iyul tarixlərində baş tutacaq.