15 İyun 2025, 11:08
FUTBOL
"Liverpul" "Nyukasl"ın vingeri Entoni Qordonu almaq variantını nəzərdən keçirir.
Matc.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Bildirilir ki, "mersisaydlılar" 24 yaşlı futbolçunun transferi üçün 100 milyon funt-sterlinq (117 milyon avro) ödəməyə hazırdırlar. İngiltərənin çempionu PSJ-nin satmasından imtina etdiyi Bredli Barkolanın alternativ variantı kimi Qordonu nəzərdən keçirir.
Bundan əlavə, "Liverpul"un Qordonla maraqlanması cinah hücumçusu Luis Diasın klubdakı gələcəyinin qeyri-müəyyənliyi ilə bağlıdır.
Qeyd edək ki, ötən mövsüm Qordon bütün turnirlərdə 42 matçda iştirak edib, 9 qol vurub və 7 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun dəyəri 65 milyon avrodur.