05 May 2025, 13:21
ÇEMPİONLAR LİQASI
Çempionlar Liqasında yarımfinal mərhələsinin PSJ – "Arsenal" oyununa hakim təyinatları açıqlanıb.
Matc.az xəbər verir ki, Fransada baş tutacaq yarımfinalın cavab qarşılamasını almaniyalı hakim Feliks Zvayer idarə edəcək.
VAR-da isə ona Bastian Dankert kömək edəcək.
Qeyd edək ki, ilk oyun parislilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab qarşılaşmasının start fiti isə 7 may, saat 23:00-da veriləcək.