Fransalı veteran futbolçu Tyerri Anri UEFA-nın pley-off oyunlarında səfər qolunun üstünlüyünü ləğv etməsi qərarını tənqid edib.

Matc.az xəbər verir ki, keçmiş hücumçu ötən gün baş tutan yarımfinal mərhələsinin "Barselona" - "İnter" matçı haqda danışıb. Anri səfər qolunun vacib olduğunu bildirib:

"Əslində "İnter"in belə oynayacağını gözləmirdim. Səfərdə 3 qol vurursan, amma heç bir üstünlüyün olmur. Bu, hələ də mənə qəribə gəlir".

Qeyd edək ki, "Barselona" - "İnter" qarşılaşması 3:3 hesablı bərabərliklə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest