"Barselon" UEFA Çempionlar Liqası yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində öz meydanında "İnter"i qəbul edəcək.

Matc.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Lamin Yamal qarşılaşmadan öncə keçirilən mətbuat konfransında iştirak edib. 17 yaşlı vinger rəqibin müdafiədə çox etibarlı olduğunu bildirib:

"Finala çıxmaq və kim olduğumuzu göstərmək üçün can atırıq. "İnter" müdafiədə çox güclü komandadır. Bu, onların ən böyük silahıdır. Bunu hər il Çempionlar Liqasında sübut edirlər".

Qeyd edək ki, "Barselona" - "İnter" matçı sabah Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest