"İnter" Çempionlar Liqası yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Barselona"nın qonağı olacaq.

Matc.az xəbər verir ki, İtaliya klubu matça ciddi itki ilə çıxacaq. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Müdafiəçi Benjamin Pavar zədəlidir. Fransalı futbolçu A Seriyasının 34-cü turunun "Roma" ilə görüşündə (0:1) topuq nahiyəsindən zədə alıb.

Qeyd edək ki, "Barselona" - "İnter" qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest