Parislilərin yarımfinaldakı rəqibi bu gün “Real” – “Arsenal” matçında müəyyənləşəcək. İlk görüş Madrid klubunun 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

“Yarımfinala vəsiqə bizim kimi gənc komanda üçün böyük nailiyyətdi”. Matc.az xəbər verir ki, bunu PSJ-nin baş məşqçisi Luis Enrike deyib. 

O, Çempionlar Liqasının 1/4 final mərhələsinin “Aston Villa” ilə cavab görüşündən sonra təəssüratlarını bölüşüb.
 
“Bu matçı uzun müddət xatırlayacağam. Çempionlar Liqası möhtəşəm turnirdir. Burada idarə olunası çox şey var. Qəribə oyun oldu. İlk dəqiqədən üstün olub, iki qol vurduq, lakin bundan sonra bir neçə səhvə yol verdik və qol buraxdıq. Stadionda bu cür ab-hava ilə üç dəqiqə ərzində iki qol buraxanda, həmişə çətin olur. Ancaq bu, böyüməyinizə kömək edən vacib təcrübədi” – deyə, mütəxəssis bildirib.
 
Qeyd edək ki, Parisdə keçirilən ilk qarşılaşma Fransa təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Birmingemdə keçirilən cavab matçında isə “Aston Villa” qalib gəlib – 3:2. 
 
Parislilərin yarımfinaldakı rəqibi bu gün “Real” – “Arsenal” matçında müəyyənləşəcək. İlk görüş Madrid klubunun 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest