Avropa Liqasında “Bodo-Qlimt”lə qarşılaşacaq “Qarabağ”ın səfər proqramı müəyyənləşib. Matc.az xəbər verir ki, komanda sabah günortadan sonra Bodo şəhərinə yollanacaq. Komanda yerli vaxtla saat 21:00-da Norveçdə olacaq.

Avropa Liqasında “Bodo-Qlimt”lə qarşılaşacaq “Qarabağ”ın səfər proqramı müəyyənləşib. Matc.az xəbər verir ki, komanda sabah günortadan sonra Bodo şəhərinə yollanacaq.

Komanda yerli vaxtla saat 21:00-da Norveçdə olacaq. Ağdam təmsilçisi qarşılaşmadan sonra Bakıya qayıdacağıq.

Baş məşqçi Qurban Qurbanovun oyunöncəsi mətbuat konfransı noyabrın 6-da saat 17:40-da reallaşacaq. Komandanın açıq məşqi isə saat 18:00-a planlaşdırılıb.

Qeyd edək ki, noyabrın 7-də keçiriləcək “Bodo-Qlimt” – “Qarabağ” oyunu saat 21:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest