Niderland yığmasının sabiq yarımmüdafiəçisi Jorjinyo Veynaldum "Əl-İttihad"ın futbolçusu olub.

Matc.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, tərəflər arasında imzalanan müqavilə cari mövsümün sonuna qədər nəzərdə tutulub və müddətin daha 1 il uzadılması variantı var.

Veynaldum yeni klubuna azad agent statusunda qoşulub. Cari ilin iyul ayında onun Səudiyyə Ərəbistanının digər təmsilçisi "Əl-İttifaq" ilə olan müqaviləsinin müddəti başa çatmışdı.

Niderlandlı futbolçu 2023-cü ilin yayında Fransanın PSJ klubundan 8 milyon avro qarşılığında ayrılaraq sözügedən komandaya keçmişdi. Ötən müddət ərzində o, bütün turnirlərdə 101 matçda meydanda olub, 38 qol və 17 məhsuldar ötürmə ilə yaddaqalan çıxış edib.

Təcrübəli yarımmüdafiəçi karyerası ərzində "Feyenoord", PSV, "Nyukasl", "Liverpul" və "Roma" kimi komandaların da formasını geyinib.

O, Niderland milli komandası ilə çıxdığı 96 qarşılaşmada 28 qol vurmağı bacarıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest