"Qarabağ" Mateuş Koxalskinin transferi ilə bağlı Polşanın "Vyeçista" klubunun təklifini və futbolçunun istəyini nəzərə alaraq müsbət cavablandırıb.

Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və qapıçının transferi ilə bağlı razılıq əldə olunub.

2024-cü ilin yayında "Qarabağ"a keçən polşalı qapıçı bu müddətdə 76 oyun keçirib. O, komanda ilə birlikdə Azərbaycan çempionu olub (2024/25), UEFA Çempionlar Liqasının 1/8 finala vəsiqə uğrunda pley-offuna qədər irəliləyib və turnirdəki 40 seyvlə TOP-3-də qərarlaşıb.

Klub polşalı qapıçıya komandada çıxış etdiyi müddətdə nümayiş etdirdiyi peşəkarlığa, qazanılan uğurlara verdiyi töhfəyə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest