08 Sentyabr 2026, 14:00
FUTBOL
2026-cı ilin yekunlarına əsasən, ilin ən yaxşı komandası mükafatına beş namizədin adı məlum olub.
Matc.az xəbər verir ki, namizədlər "France Football" jurnalının təşkil etdiyi tədbirdə açıqlanıb.
İddialılar siyahısına İngiltərənin "Arsenal", Fransanın PSJ, Almaniyanın "Bavariya", Norveçın "Budo-Qlimt" və Braziliyanın "Flamenqo" klubları daxil edilib.
Beləliklə, İspaniya çempionu "Barselona" mükafata namizədlər sırasına düşməyib. 2025/2026 mövsümündə İtaliyanın ən yaxşı komandası olan "İnter" də namizədlərin siyahısından kənarda qalıb.
Qalibin adı 2026-cı il oktyabrın 26-da, bazar ertəsi günü keçiriləcək "Qızıl top"un təqdimetmə mərasimində açıqlanacaq. Tədbir Londonda baş tutacaq.













