"Napoli"nin və Şotlandiya yığmasının yarımmüdafiəçisi Skott Maktominey ürəyindən uğurlu əməliyyat olunub.

Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, cərrahi müdaxiləyə 29 yaşlı futbolçuda aşkar olunan xoşxassəli ürək aritmiyası səbəb olub. Çərşənbə axşamı Mançesterdəki "Spire Hospital" klinikasında oyunçuya ablyasiya əməliyyatı olunub. Skottun artıq iki həftədən sonra məşqlərə qayıdacağı gözlənilir.

Xatırladaq ki, Maktominey 2024-cü ilin yayından "Napoli"də çıxış edir. O, 2024/25 mövsümünün yekunlarına əsasən, A Seriyasının ən yaxşı futbolçusu seçilib. Cari mövsümdə Skott Neapol təmsilçisinin heyətində hər iki çempionat oyununa start heyətində çıxaraq ümumilikdə 146 dəqiqə meydanda olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest