“Mirzovun “Neftçi” ilə müqavilə müddəti başa çatır”. Matc.az xəbər verir ki, bunu “Neftçi”nin yarımmüdafiəçisi Reziuan Mirzovun meneceri Aleksandr Klyuev deyib.

O, Rusiya mətbuatına açıqlamasında 31 yaşlı futbolçunun gələcək taleyindən danışıb. Agent hazırda bütün diqqətlərini “Neftçi”nin son oyunlarına cəmlədiklərini bildirib: “Qarşıda Azərbaycan çempionatının son oyunları olacaq. Ondan sonra vəziyyətə baxacağıq. Hələlik əlavə etmək üçün başqa heç nə yoxdu”.

Qeyd edək ki, Reziuan Mirzov “Neftçi”yə mövsümün əvvəlində “Ximki”dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest